F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində qənaətbəxş nəticə göstərib.
O, birinci sessiyada ikinci olub. İkinci sessiyada isə qırmızı bayraqlara görə planlaşdırdığı qədər dövrə vura bilməyib. Lakin Aston Martin buraya yeniliklərlə gəlmişdi və cümə günü çox dövrə vurmaq onlar üçün çox vacib idi.
Fernando Alonso: “AMR23 üçün gətirdiyimiz yeniliklər yaxşı hiss etdirir. Ancaq planlaşdırdığımız proqramı bitirə bilmədik, çünki sessiya bir neçə dəfə qırmızı bayraqlara görə dayandırıldı.
Mənə görə çox dramatik hal deyil və cümə günü yaxşı məlumatlar topladıq. Yenə də hər şeyi təhlil etməli və şənbə günü üçün hər şeyi bir araya gətirməliyik”.
Komandanım digər sürücüsü Ləns Stroll da cümə günündəm sonra pozitiv danışıb: “Birinci gündən sonra özümü yaxşı hiss edirəm.
Güc qurğusu probleminə görə birinci sessiyada az işlədik. Zandfort əla trasdır və burada sürməkdən həzz aldığım üçün itirdiyim vaxt məyus edir.
Lakin problem komanda tərəfindən sürətlə həll olundu və ikinci sessiyada yenidəm trasa qayıda bildim. İndi isə bu günə hazırlanmaq vaxtıdır”.