F.Alonso Çin Qran Prisinə hazırdır

Fernando trasa çıxmaq üçün çox intensiv proqram üzrə hazırlaşır.

F-1.az xatırladır ki, Avstraliyada baş verən qəzada zədələnən Fernando Alonso Bəhreyn yarışına buraxılmamışdı və onu Stoffel Vandorn əvəz etmişdi. O, bu həftənin 4-cü günü bir daha həkimlərin müayinəsindən keçəcək və həkimlər onun yarışa çıxmasına icazə verməsələr, ardıcıl 2-ci yarışı da buraxmalı olacaq.

AS qəzetinin verdiyi xəbərə görə, Alonsonun 9-cu qabırğasındakı çat hələ də tam düzəlməyib. Amma bütün bunlara baxmayaraq, Fernando Çin Qran Prisində ciddi şəkildə hazırlaşır. Xəbərdə o da bildirilir ki, onun Bəhreyndə yarışa çıxmamasının səbəbi qabırğasındakı çat yox, ağciyərlərində yaranmış problemdir.

Alonsonun Şanxaya Edi Bedinelli və Fabritsio Borra adlı 2 həkimlə getdiyi bildirilir.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*