F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddə yarışının startında səhv mövqe tutmuş və 5 saniyə cərimələnmişdi. Lakin ikiqat Dünya Çempionu pit-stopda cəzanı çəkərkən müxanik qaldırıcını bolidə bir az təmas etdirib və buna görə də FİA yarışdan sonra Alonsoya 10 saniyə zaman cəzası verib. Buna görə də Fernando podiumu əldən verib və dördüncülüyə razı olub.
Fernando Alonso: “Düzünü desəm, bu cəza məni çox incitmədi. Podiumda idim və kubokla şəkillər çəkdirdim və indi sadəcə 3 xal az qazandım. 15 yox, 12 xal aldım.
Məni məyus edən FİA-nın bərbad performansıdır. Yarış vaxtı məlumat vermək üçün yetəri qədər vaxtları var idi və bunu bilsəm, arxamdakı maşınla fərqi 11-12 saniyəyə qaldırardım.
Cəza vecimə deyil. Podiuma çıxmadan əvvəl desələr, məyus olardım. İndi isə podiuma çıxıdıq, şampan içdim və sponsorlarımızı göstərdim. Cəza vermək üçün 35 dövrələri var idi, amma deyəsən vaxt tapmayıblar. Hazırda təhlil gedir, çünki komanda bu cəza ilə razı deyil. Görək nə olur. FİA səhv etdi”.