F-1.az xatırladır ki, McLaren sürücüləri qış testlərində ardıcıl 11 dövrə vura bilməmişdilər. Testlərdən sonra Alonso Honda-nı sərt formada tənqid etmişdi. Erik Bulye isə bildirmişdi ki, ilk yarışı bitirməyə bilərlər.
Fernando Alonso: “Hazırda əsas olan performans deyil, çünki etibarlılıq cəhətdən daha böyük problemlərimiz var. Yarış həftəsonundan həzz almalıyıq. Yoxsa bizim üçün çətin günlər başlaya bilər. İkihəftəlik çətin testlərdən sonra bizi çətin bir yarış gözləyir. Bütün problemləri unudub, əlimizdən gələni etməliyik. Bu qədər az müddətdə işləri öz xeyrinə çevirmək asan olmayacaq. Yarış üçün çox alternativimiz yoxdur”.