F.Alonso cərimələnib və 15-ci olub

Alpine komandasının sürücüsü Fernando Alonso Amerika yarışının sonlarında güzgüsüz yarışdığı üçün 30 saniyə zaman cəzası alıb və 15-ci yerə geriləyib.

F-1.az bildirir ki, ispaniyalı sürücünü Haas komandası şikayət edib. Amerika komandası həm Peresi, həm də Alonso “təhlükəli maşınla” yarışdıqları üçün şikayət edib.

Hadisələri araşdıran stüardlar Alonsoya 30 saniyə zaman cəzası veriblər. Bu cəzadan sonra ikiqat Dünya Çempionu 15-ci yerə geriləyib və 6 xal itirib.

Yarış vaxtı Günter Ştayner ispaniyalı pilotun güzgüsünün titrədiyini FİA-ya bildirib. FİA isə cavabında bunun araşdıralacağını deyib.

FİA təmsilçisi Co Boyer bildirib ki, Alonsonun sallanan güzgüsü digər sürücülər üçün təhlükəli olub. Bundan başqa Boyer əlavə edib ki, tək güzgü ilə yarışmaq təhlükəlidir.

FİA Peresin bolidində heç bir təhlükə görməyib. Qeyd edək ki, meksikalı sürücü ilk dövrələrdə Bottasla təmas yaşamış və pn qanadı zədələnmişdi. Haas bu il buna bənzər hallarda 3 dəfə qara-narıncı bayraq görüb.

Lakib Boyer bildirib ki, Red Bull onlarla əlaqəyə keçib və qanadıb şəkillərini göndəirb. Buna görə də Fİa bildirib ki, meksikalı sürücünün maşını təhlükəli olmayıb və Çeko yerini qoruyub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*