F.Alonso cərimələnib

Alpine komandasının sürücüsü Fernando Alonso yarışda Bottasa qarşı müdafiə olunarkən birdən çox yön dəyişdirib və buna görə nəticəsinə 5 saniyə əlavə olunub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa ikinci yerdən başlayıb və ilk dövrələrdə rəqibləri ilə layiqli mübarizə aparıb. Lakin pit-stopa gec gələrək, 7-ci yerə qədər geriləyib.

Təhlükəsizlik maşınından sonra isə Bottasla mübarizə aparmalı olub. Sona iki dövrə qalmış isə Bottasa qarşı müdafiə olunarkən iki dəfə yön dəyişdirib. Buna görə də yarış bitən kimi ikiqat Dünya Çempionu stüardlar tərəfindən çağırılıb və belə qərara gəliblər ki, təcrübəli pilot qaydaları pozub.

Beləliklə, Alonso 5 saniyə cəza alaraq, 7-ci yerdən 9-cu yerə geriləyib. Bundan başqa veteran pilotun lisenziyasına 1 cərimə xalı yazılıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*