F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadadakı birinci sərbəst yürüşlərdə 13 dövrə vurub və səbəbi bilinməyən problemə görə sessiyanı erkən başa vurmalı olub.
Fernando Alonso: “Artıq bu problemlərə öyrəşmişəm. İndy500-dən sonra yenidən buraya uyğunlaşmaq asan deyildi. İlk dövrələrdə bolidə uyğunlaşmağa çalışdım. Daha sonra özümü yaxşı hiss etdim. Birinci sessiya mənim üçün qısa oldu. Lakin bu problemlərə baxmayaraq, sıralanma turunda və yarışda uğurlu olacağımıza inanıram. Burada mövsümün ilk xallarını almağa yaxınıq və bunun üçün təslim olmadan işləməliyik”.