F-1.az xəbər verir ki, ikiqat dünya çempionu Fernando Alonso indiki bolidləri idarə etməyin daha rahat olduğunu bildirib: “Əvvəlki maşınlar indikilərdən daha möhtəşəm idi. İndi dərəcələr daha zəifdir. Maşınlar 7-8 il əvvəlki ilə müqayisədə 120 kq ağırlaşıb. Səslər, təkərlər, hətta yarışlar da fərqlidir… Yarışları dramatik edən çox az amil var və mən bunlara heyran ola bilmirəm.
Bu maşınlar olduğu müddətdə mən hətta 50 yaşımda da sürə bilərəm. Bunları idarə etmək çox rahatdır. Əvvəllər maşın fiziki olaraq o qədər yorurdu ki, bəzi gecələr yata bilmirdim. O maşınların nəticəsi 1:16 idisə, indikilər 1:26-dır. Məsələ bu qədər sadədir. Bu il həlledici olacaq. Daha sürətli maşınların olmasını istəyirlər. Bu, bütün sürücülər üçün yaxşı olardı…”