F-1.az xatırladır ki, ispaniyalı sürücü avtodimanın “üç tacı”nı qazanmaq istəyir. Buna görə də keçən il İndy500 yarışında iştirak etmişdi. Bu il isə Le Mana hazırlıq çərçivəsində karyerasında ilk dəfə 24 saatlıq Daytona marafonunda çıxış edəcək.
Fernando Alonso: “Gələcəkdə Le Manda yarışmaq istədiyim hamıya məlumdur. Bu il dəqiq deyil. Yarışmaq ehtimalım 50 faizdir. Bunun olması üçün çox şey bir araya gəlməlidir. Əlimizdən gələni edirik. Görək necə olur”.