F-1.az xatırladır ki, ispaniyalı sürücü Braziliyada 8 dəfə podiuma yüksəlib və hazırda yarışan sürücülər arasında ən çox İnterlaqosda podiuma yüksələn sürücüdür.
Fernando Alonso: “İnterlaqos klassik trasdır və burada yarışmaq mükəmməldir. Burada çox sayda əfsanəvi sürücü çempionluğunu rəsmiləşdirib. Burada əksər hallarda dramatik yarışlar olub. Amma artıq hər şey müəyyənləşdiyi üçün sakit bir yarış olacaq. Buna baxmayaraq, İnterlaqos vacib yarışdır və buradakı fanlar yarışları çox sevirlər. Məqsədimiz burada yenidən xal almaqdır. Tras bizim üçün əlverişlidir, amma bəxtimiz də gətirməlidir. Yağış yağsa, bu vəziyyəti daha da yaxşılaşdırar. Ümid edirəm ki, son iki yarışda daha güclü olarıq”.