F-1.az xatırladır ki, McLaren Group-un amerikalı rəhbəri Zek Braun keçən il Alonsoya İndy500-də, bu il isə 24 saatlıq Daytona marafonunda yarışmağa icazə verib.
Fernando Alonso: “O, özünəməxsus komanda rəhbəridir. Avtoidmana geniş pəncərədən baxır və dahi biznesmendir. Son iki ildə McLaren-ə çox kömək etdi. İndi isə bütün avroidmana kömək edir. Onun fikirlərini dəstəkləyirəm. O, sadəcə rəhbərim yox, eyni zamanda dostumdur. İdman üçün əla işlər görür”.