F.Alonso: Bolid yenidən yaxşı işlədi

Aston Martin komandasının sürücüsü Fernando Alonso Belçikada qazandığı beşincilikdən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü çətin keçən Britaniya və Macarıstan yarışlarından sonra Belçikada yenidən beşliyə qayıdıb.

Fernando Alonso: “Son yarışlara nisbətən daha rəqabətədavamlı idim. Temp cəhətdən asan həftəsonu olmadı. Sessiyaların çoxunda yağış yağdı və tras şəraiti davamlı dəyişirdi. Yəni ki, quru havada heç bir təcrübəm yox idi.

Əslində startda bəxtim gətirdi. Eau Rouge-da bir neçə yer qazandım. Əvvəlcə yerimizi qoruyub-qorumayacağımızdan narahat idim. Lakin bolidimiz sürətli idi.

Bir Mercedes-i və McLaren-i geridə saxladıq. Mübarizənin içində idik. Bu da yay tətilindən əvvəl yaxşı xəbərdir.

Deyəsən McLaren-dən başqa hamı bolidi quru havaya sazlamışdı. Burada əsas məsələnə dəyişən hava şəraiti idi. Həftəsonu ərzində stabil hava şəraiti olmadı.

İlk pitə tez girdik, çünki təkərlər hələ yaxşı vəziyyətdə idi. Amma Tsunoda pitə getmişdi və o bizim arxamızda idi. Buna görə də yer itirmək istəmədik. Bunu etməyə məcbur qaldıq.

Məncə, maşın sürətli idi. Komanda strategiyada və pitlərdə yaxşı işlədi. Şənbə günü sprint yarışında da bir neçə yer qazanmışdıq.

Silverstoun və Macarıstandan sonra bir az düşüncəli idik. Komanda boliddə bəzi sazlanmaları dəyişdi. Nəticədə maşın yarışda daha normal və rəqabətədavamlı oldu. Xoşbəxtik. Yay tətilinə gedəndə bu nəticəni qazanmaq yaxşı oldu.

Mövsümün ilk yarısı inanılmaz idi. Hətta yuxuya bənzəyirdi. Mühəndislər Kubokunda Ferrari-dən öndə 3-cü yerdəyik. Sürücülər Çempionatında da Lyuislə birgə 3-cü yerdəyik. Bəhreyndə bunlara inanmaq inanılmaz idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*