F.Alonso: Bolid məndən yaxşıdır

Formula1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso bu gün Renault ilə Barselonada sürdükdən sonra bildirib ki, bolid ondan yaxşı performans göstərir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son dəfə keçən il Bəhreyndə McLaren-in sükanı arxasına keçmişdi. 39 yaşlı pilot ilyarımdan sonra bu dəfə reklam çəkilişi üçün Renault R.S.20-nin sükanı arxasına keçib.

Fernando Alonso: “Barselonadakı çəkiliş günümüz əla keçdi. Sadəcə 100 kilometr sürsəm də, Formula1 maşınına qayıtmaq xüsusi idi. Özümü yaxşı hiss etdim.

Düzü, bolid hazırda məndən yaxşı performans göstərir, çünki maşından maksimumu çıxara bilmirəm. Bu tempə yenidən uyğunlaşmaq çətindir. Hər dövrə sürətlənirəm və mühəndislərə geribildirib verməyə çalışıram. Bundan başqa çəkiliş də etməliyik. Buna görə də kameralar və dronlar bizi izləyirdilər.

Bolidin performansı yaxşı olsa da, bəzi sahələrdə təkmilləşməlidir. Bunları qısa müddətdə düzəltməyə çalışacağıq.

Sürdüyüm son üç maşın – yanvarfa Dakar, avqustda İndyCar və indi də Formula1 bolidi. Üçü də bir-birindən fərqlənir. Ancaq Formula1 bolidini həyatım ərzində sürdüyüm üçün daha asandır. Düzdür, bəzi hallarda əylənmə zonalarını qaçırırdım. Belə şeylərə yenidən öyrəşməliyəm. Lakin buraya daha tez öyrəşəcəm. Çünki Dakar və İndy-də olduğu kimi ilk dəfədir sürmürəm.

Hazırlaşmalıyam. Formada olmalıyam. Formula1-ə görə idman etməli və xüsusən də boyun əzələlərimi gücləndirməliyəm. O hissə bir neçə aya güclənməlidir. Hazırda boynum yaxşıdır. Ancaq fəsadları sabah üzə çıxacaq. Bəlkə, bir az ağrı olar.

Hazırda yarışları evdən izləyirəm. Evdə xüsusi simulyatorum var və komanda mənə komputer göndərib. Bunun hesabına Daniel və Estebanın sürməyinə baxıram. Komandadakı radio danışıqları, brifinqləri buradan izləyirəm. Bunun hesabına hər şeydən xəbərdaram. Bu həftə gələn podium da çox işləməyin bəhrəsidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*