F.Alonso: Biz zəif olanda yağış yağmır

Alpine komandasının sürücüsü Fernando Alonso podiumu əldən verdiyi üçün məyusdur.

F-1.az xatlrladır ki, ispaniyalı sürücü yarışın sonlarında Rikkardo, Ferstappen, Sayns və Peres dördlüsünü keçərək, 3-cülüyə yüksəlmişdi. Lakin yağış başladıqdan sonra ikiqat Dünya Çempionu pit-stopa gec gedərək, bu üstünlüyünü əldən verdi və yarışı 6-cı yerdə bitirdi.

Fernando Alonso: “Sözün açığı, bizim üçün yaxşı yarış oldu. Performans cəhətdən ilin ən yaxşısı idi. Bolid çox sürətli və balanslı idi. Pitdən əvvəl Çeko ilə eyni tempdə gedirdim. Pitdən sonra Maksı keçib fərqi artırdım. O anda yaöış başladı. Daniel, Çeko və Saynsı keçib üçüncü yerə yüksəldim. Məncə, podium mümkün idi. Bolid uçurdu. Çox xoşbəxt idim, amma sona 5 dövrə qalmış yağış artdı. Bəzi sürücülər riskə getdilər. Biz şanssız idik ya da podiuma çıxanlar daha şanslı idi. Ancaq bu hava şəraiti lotoreya kimidir. Normal hava şəraitində güclü görünürdük. Buna görə sevincliyəm.

Norris əla yarışsa da, qələbə qazana bilmədi. Biz zəif olanda heç vaxt yağış yağmaz. Burada üçüncü gedirdik yağış yağdı. Buna görə də yığdığım xallarla fəxr edirəm. Bu gün Ferstappeni, Danieli, Saynsı və Çekonu keçdim. Yəni heç kim mübarizəni dayandırmırdı. Biz sürətli idik. Buna görə də komandamla fəxr edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*