F.Alonso: Bəziləri həyəcanlı idi

Alpine komandasının sürücüsü Fernando Alonso qırmızı bayraq reqlamentindən narazıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 9-cu olsa da, Norrisin cərimələnməsi ilə yarışa 8-ci yerdən başlayacaq.

Fernando Alonso: “Hər şey yaxşı gedir. Bütün sessiyalarda onluğa düşdük. Sıralanma turunda da 7-ci ola bilərdim, amma nə vaxt təzə təkər taxsaq, qırmızı bayraq çıxırdı. Köhnə təkərlərdən istifadə etdiyimiz üçün az qala ikinci sessiyaya qala bilməyəcəkdik. Son sessiyada isə atdığımız dövrə ilə 9-cu ola bildik. Məncə, daha yaxşı nəticə qazanmaq mümkün idi. Ancaq qırmızı bayraqlara görə mümkün olmadı.

Bu gün neçə qırmızı bayraq çıxdı bilmirəm. Deyəsən 4-5 dəfə çıxdı. Sabah saat 12-yə qədər qapalı park var. Amma bu komandalar bolidləri qarajların qoyacaqlar, bütün detallarını dəyişərək eyni yerdə yarışa başlayacaqlar. Bilirik ki, qayda belədir. Bəlkə, bir gün mən də qəza edib bu qaydadan yararlanaram. Boliddəki hər şeyi dəyişib yarışaram. Məncə, belə olan halda cəza verilməməsi doğru deyil.

Bakıda sıralanma turunda ilk dəfə son sessiyaya qaldım. Əvvəlki illərə nisbətən daha yaxşı start alacağam. Monakodan fərqli olaraq burada ötmə etmək mümkündür. Düzlük sizə fürsət verir. Görək nə olur. Sabah hamı risk alsa, təhlükəsizlik maşını da çox çıxacaq. Sürücülər sakitləşsə, normal yarış olacaq. Bu gün bəzi insanlar çox həyəcanlandı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*