F.Alonso: Beşinci komandayıq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, hazırda 5-ci sürətli komandadırlar.

F-1.az xatırladır ki, “yaşıllar” mövsümə əla başlamış və ilk 8 yarışdan 6 podiumla ayrılmışdılar. Lakin Aston Martin son 3 yarışda davamlı olaraq, problemlərlə boğuşur. Fernando Alonso Avstriyada 5-ci, Britaniyada 7-ci, Kanadada isə 9-cu yeri tutub.

Fernando Alonso: “Macarıstan yarışında ön tərəfdə mübarizə aparacaq qədər tempimiz yox idi. Ancaq arxamızda bizimlə mübarizə apara biləcək rəqibimiz də yox idi. Yəni ki, 3 xal, 9 və 10-culuq bizim üçün maksimum nəticə idi. Görək növbəti həftə nə olacaq.

Tempimiz sıralanma turundakı kimi idi. Son iki yarışda problemlər yaşayırıq. Silverstounda təhlükəsizlik maşınına görə 7-ci olduq. Buna görə göstərdiyimiz performansa nisbətən yaxşı nəticə qazandıq.

Silverstoun və Macarıstanda real yerimiz 9-culuq ifi. Mercedes, Red Bull, Ferrari və McLaren-dən geridə qaldıq.

İki fərqli trasda çətinlik çəkməyimizə bir az təəccübləndim. Silverstounda zəif olacağımızı gözləyirdim. Amma Budapeştdə bir az güclü olacağımızı düşünmüşdüm. Lakin belə olmadı. Buna görə də vəziyyəti təhlil etməli və növbəti həftə Spada güclü formada qayıtmağa çalışmalıyıq.

Boliddə çox şeyi nəzərdən keçirməliyik. Bolidi anlamaq bizim üçün hazırda daha çətindir. Əsas rəqiblərimizlə nisbətdə nə qədər yenilik gətirdiyimizi təhlil etməli və yeni təkərləri anlamalıyıq. Bu hal hamı üçün eynidir və buna görə daha yaxşı işləməliyik.

Yenilik yarışında nə vəziyyətdə olduğumuzu bilmirik. Hazırda ortada çox sual var. Bunun səbəbini tam olaraq bilməyəcəyik. Avstriyada Haas və Hülkenberq sıralanma turunda 4-cü oldu. Təəccübləndik. Silverstounda Williams çox sürətli idi. Hamımız təəccübləndik. Burada Alfa Romeo sürətli idi. Yenə də hamımız təəccübləndik.

Sonra yarışda hər şey yerinə oturdu və böyük komandalar yarışı öndə bitirdilər. Hazırda böyük komandaların düz arxasındayıq. Buna görə də o qrupun ön tərəfinə geri qayıtmalıyıq.

Yenilik gətirmək üçün hər şey edəcəyik. Bu yeniliklər bəzən gözləniləndən yaxşı işləyir, bəzən də gözləniləndən pis. Ümid edirəm ki, növbəti addımımız daha yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*