F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 4-cü yerdən başlasa da, startda həm Karlos Saysnın gerisinə düşüb. Lakin o daha sonra qırmızı bayraqda həm Rasselli, həm də Saynsı keçib.
İkinci restartda isə Sayns ona çırpılıb və ikiqat Dünya Çempionu sonuncu yerə qədər geriləyib. Buna baxmayaraq, dövrə bitməmiş qırmızı bayraqlar çıxdığı üçün Alonso yenidən üçüncü yerə qaytarılıb və o yarışı üçüncü yerdə bitirib.
Fernando Alonso: “Belə yarış görməmişdim. Bu gün özümü sürətli qatarda hiss etdim. Əvvəldən sona qədər çox şey yaşadıq. Son yarım saatda nələr oldu hələ anlamamışam.
Yarış temp cəhətdən istədiyimiz kimi keçdi. Məncə, Mercedes sürətli idi. Lyuis bu gün inanılmaz iş gördü. Buna görə də ona çata bilmədim. Yenə də üçüncü ola bildik”.