F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005 və 2006-cı illərdə Renault ilə çempion olduqdan sonra 2007-ci ildə McLaren-ə keçmiş, amma bir ildən sonra yenidən fransız komandasına qayıtmışdı. 2009-cu ildə isə tərəflər yenə yollarını ayırmışdı. İkiqat Dünya Çempionu bu il yenidən Enstoun mərkəzli komandaya qayıdıb və dəyişikliklərdən danışıb.
Fernando Alonso
: “Onlar fərqlidirlər. Bu, yaxşı haldır. 10 ildən sonra eyni insanlar orada işləsəydi, bu yaxşı olmazdı. Bazada çox yenilik var. Artıq daha çox adam işləyir. Viridəki baza da yenilənib. Hazırkı texnologiya 15 il əvvəlkindən fərqlidir. Həm Enstoundakı, həm də Viridəki bazaları gəzdim. Komandada çoxlu istedadlı insanlar var. Yaxşı konstruktorlar gəlib. Mexaniklərdən bəziləri o vaxtdan işləyirlər. Komandada yaxşı ab-hava var”.