F.Alonso: Bayraqlar həm kömək etdi, həm problem yaratdı

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, qırmızı bayraqlar ona həm kömək edib, həm geriyə salıb.

F-1.xatırladır ki, ispaniyalı sürücü ilk qırmızı bayraqda Rassell və Saynsın önünə keçmişdi. Buna səbəb isə hər iki sürücünün qırmızı bayraqlardan əvvəl pitə girmələri idi. Lakin ikinci qırmızı bayraq ikiqat Dünya Çempionu üçün düşərli olmayıb. Belə ki, o restartda Sayns ilə təmas yaşayıb və gerilərə düşüb. Ancaq insidentdən dərhal sonra qırmızı bayraqlar çıxdığı üçün Alonso yenidən üçüncü yerə qaytarılıb.

Fernando Alonso: “Birinci qırmızı bayraq bizə kömək etdi, çünki Karlosla Corcu qabaqladım. Havayı iki yer əldə etdik. İkinci qırmızı bayrağın isə faydası olmadı, çünki insident yaşadıq. Yenə də bəxtimiz gətirdi və üçüncü yeri tutduq. Komanda olaraq 3 və 4-cü olduğumuz üçün sevincliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*