F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci dövrədə Sirotkinlə təmas edib və pitə iki təkərin üstündə gəlib. İkiqat Dünya Çempionu pitə girərkən bolidini divara sürtməsinə baxmayaraq, yenə də özünü mexaniklərinə çatdıra bilib.
Fernando Alonso: “Dəlisov yarış idi. Növbəti yeddincilik gəldi. Amma bu əzmkarlığın nəticəsində oldu. Çünki o vəziyyətdə heç kim pitə qayıtmazdı. Bolidi saxlayar və mübarizədən çəkələrdilər. Amma mən dayanmadım. Hər dövrə rəqiblərimlə mübarizə aparmaq üçün limitlərdə sürdüm. Məncə, karyeramın ən gözəl yarışı idi. Xal aldığımız üçün xoşbəxtəm. Pitə gəlib çatmağım möcüzə idi. Təkərləri dəyişdilər və boliddə ciddi problemin olduğunu dedilər. Düşündüm ki, bitirə bilmərəm, ya da yavaş gedəcəm. Amma ötmələr etməyə başladım və daha sonra təhülkəsizlik maşınının hesabına bir neçə yer qazandım”.