F.Alonso: “Başın mühafizə sistemi mütləq lazımdır”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, sürücülərin başı mütləq mühafizə olunmalıdır...

F-1.az xatırladır ki, Formula1-də ağır qəzalar artıb və buna görə də başın mühafizə sistemləri gəldi. Ferrari komandası əvvəlcə halo sistemini təqdim etdi və bu digər komandaların və azarkeşlərin heç də xoşuna gəlmədi. Red Bull komandası isə Rusiya QP-nin birinci sərbəst yürüşlərində AeroScreen sistemini test edib. Bu sistem, əksinə, F1 Dünyasının xoşuna gəlib.

Amma elə sürücülər var ki, başın mühafizə sistemlərinə qarşıdırlar. Bu sürücülərdən biri də Lyuis Həmiltondur. Amma Formula1-in təcrübəli sürücülərindən biri olan Alonso Həmiltonla eyni fikirdə deyil: “Başın mühafizə sistemi təhlükəsizlik üçün çox vacibdir. Qəhrəmanlıq etməyin yeri deyil.

Son bir neçə il ərzində çoxlu hadisələr və qəzalar gördük. Formula1-də və digər seriyalarda başverən bütün ölümlərin səbəbi başa gələn zərbələr oldu.

Əgər bu problemin həll yolu varsa, gələcəkdə bunu istifadə etməliyik. Təqdim olunan sistemlər mənim xoşuma gəldi.

FİA-nın qərarına inanırıq. Hansı daha yaxşıdır, hansı daha rahatdır və ya hansı daha təhlükəsizdir. Çox şey yoxlanılmalıdır.

Kənardan baxanda, Red Bull-un sistemi daha gözəl görünür, amma son qərarı FİA verəcək.

Ümid edirəm ki, başın mühafizə sistemləri üçün alternativlər çoxdur. Ən yaxşı sistem hansıdırsa, tez bir zamanda onu seçməliyik. Başın mühafizə sistemi gələn il mütləq istifadə edilməlidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*