F-1.az xatırladır ki, yeni mövsümdən etibarən təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi çoxalacaq. Beləliklə, ötmələrin çətinləşməsi gözlənilir.
Testlərdən sonra Felipe Massa və Lyuis Həmilton kimi sürücülər də artıq ötmələrin çətin olacağını demişdilər.
Alonso hesab edir ki, artıq sürücülər balaca uşaqlar kimi sürməməlidirlər və risk etməlidirlər: “Yeni bolidlər aqressiv və əyləncəli görünürlər. Döngələrə girərkən aqressivlik və sürət təsiredicidir. Asfsltla ilişmə mükəmməldir. Sözün açığı, bu, məni təəccübləndirib. Təkərkər tez yeyilmədiyi üçün balaca uşaqlar kimi sürmək lazım deyil. Davamlı hücumlar edərək, ötmə etmək mümkündür. Uzun müddətdən sonra rahat sürmək bizə həzz verəcək. Komanda olaraq yeganə çatışmaz cəhətimiz sürət olacaq. Bunu həll etsək, uğurlu ola bilərik”.