F.Alonso Bakını xatırlayıb

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Amerika yarışı ona 2018-ci ilin Bakı yarışını xatırladıb.

F-1.az xatırldır ki, ispaniyalı pilot rəqibi Strolla mübarizə apararkən, arxadan ona çırpılıb və bariyerlərə sürtünüb. İkiqat Dünya Çempionunun ön qanadı qırılıb və o, pit-stop etməli olub. Bununla sonuncu yerə düşən Fernando yenə də təslim olmayıb və mükəmməl performansla finişə 7-ci yerdə çatıb. Düzdür, yarışdan sonra ona güzgüsüz yarışdığı üçün 30 saniyə cəza verilib və o, 15-ci yerə geriləyib. Buna baxmayaraq, bu cəza Alonsonun mükəmməl yarışdığı reallığını dəyiıdirmir.

Fernando Alonso: “Bu il bolidin sağlamlığını bir neçə dəfə yoxlamışdıq. Məncə, çox möhkəm maşınımız var. Alpine ilə kim yəmas yaşayırsa, mübarizəni dayandırır.

Həmilton mənimlə Spa-da, Yuki isə deyəsən Fransada Estebana təmas etmişdi. Alpine ilə kim təmas edirsə, mübarizəni dayandırır. Ancaq biz ön qanadı və təkərləri dəyişib yarışa davam etdik. Bolidimiz hazırda çox möhkəmdir, lakin ümid edirəm ki, bir də test etmərik.

Qəzadan sonra ancaq yarışa fokuslandım. Əvvəl Williams-ları, sonra Maqnusseni keçdim. Sonra Norris yeni təkərlərlə gəlirdi və mən rahatlana bilməzdim. Elə bil ki, 56 dövrəlik sıralanma turuna çıxmışdım. Heç vaxt təslim olmadıq, çünki bu mənim genlərimdə yoxdur.

Bu yarış mənə 2018-ci ilin Bakı yarışını xatırlatdı. Mübarizəni dayandırmalı idik, ancaq təslim olmadıq. Sonra onluğa düşdük və bunu heç kim gözləmirdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*