F-1.az xatırladır ki, ispaniyalı sürücü 2016-cı ildə doğma yarışımızın səfiri olmuş, 2017 və 2018-ci illərdəki yarışlarda isə xal qazana bilmişdi. Son iki yarışda xa qazana bilməyən İkiqat Dünya Çempionu bu mövsüm 5 xal toplayıb və çempionatda 13-cü yerdədir.
Fernando Alonso: “Bakıda yarışmağı həmişə sevmişəm. Burada çoxlu çətin döngələr var və ötmələr mümkündür. Ötmələrin çətin olduğu traslardan sonra Bakıya getmək məni sevindirir. Bakıdakı son iki yarışımda sıralanma turunda onluğa düşə bilməsəm də, xal qazanmışdım. Yəni ki, hər şey mümkündür. Bakıda heç nəyi proqnozlaşdırmaq olmur. Trasın bəzi hissələrində maksimum sürət vacib olduğu halda, ikinci sektorda asfaltayapışma və mexaniki asfaltla ilişmə lazım olur. Bura həm sürücülər, həm də bolidlər üçün çox çətindir. Bakıda ən yaxşı balansı tapan qabağa düşür.
Monakodan sonra komanda çoxlu təhlillər apararaq, məlumatlar topladı. Görək Bakıdakı yarış necə olur. Ümid edirəm ki, inkişaf edərik”.