F-1.az xatırladır ki, yarışa startda 40 yer itirməklə başlayan ispaniyalı sürücü öndəki insidentlərdən maksimum faydalanaraq, bir ara 5-ci yerə qədər yüksəlib. Lakin Honda mühərriyinin düzlüklərdə yavaş olması peletonun ən çox yarış keçirmiş sürücüsünə yerinə qorumağa imkan verməyib və Alonso yarışı 9-cu yerdə yekunlaşdıraraq, cari mövsümdə ilk xallarını qazanıb.
Fernando Alonso: “Normal şəraitdə bu yarışı qazanmalı idim, çünki birinci təhlükəsizlik avtomobilindən sonra yarışı qazanan Rikkardonun arxasında idim. Həmilton başlıq problemi yaşadı, Fettel cəza aldı, Force İndia-lar yarışdan çıxmışdılar, Kimi mübarizəni dayandırmışdı. Beləliklə, avtomotik olaraq, 2-ci və ya 3-cü olmalı idim. Qələbə uğrunda mübarizə aparmalı idik, amma heyif ki, o gücdə deyildik.
Hər şey bizim xeyrimizə oldu. Daha yaxşı nəticələr qazana bilərdik, lakin mühərriyimiz zəif olduğu üçün yerimizi saxlaya bilmədik. Düşünürdük ki, Bakıda xal qazanmaq mümkünsüzdür. Buna görə də 2 xala çox sevinirik”.