F.Alonso: “Bakı yarışı əldən getdi”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Kanadada rəqiblərinə qarşı düzlükdə zəif olmaları çox təhlükəli idi.

F-1.az xatırladır ki, yarışda maksimum sürətə Sebastyan Fettel (342 km/saat) çatıb. Fernando Alonsonun maksimum sürəti 317 km/saat, Stoffel Vandornun isə 329 km/saat olub.

Bütün bu çətinliklərə baxmayaraq, ispaniyalı sürücü yarışda 10-cu yerdə gedirdi, lakin yarışın bitməsinə 3 dövrə qalmış Honda mühərriyi partlayaraq, yenə də 2 qat Dünya Çempionunu xalsız qoyub.

Fernando Alonso: “Yarış güc çatışmazlığına görə çətin idi. Düzlüyün ortasında bizi keçirdilər. Bəzən sürət fərqinə görə təhlükə yaranırdı.

Bu gün təkcə 1 xalı yox, 1 yarışı əldən verdik. Censon Monakoda güc qurğusunu dəyişib pit-leyndən başlamışdı. Biz də Bakıdakı yarışa sonuncu yerdən başlayacağıq. Çünki burada güc qurğusunu itirdik. Bu heç də yaxşı hal deyil”.

Alonso yarışı vaxtından əvvəl bitirdikdən sonra tribunaya fanların yanına çıxmışdı: “Əlcəklərimi oradakı insanlara vermək istəyirdim, lakin tribuna uzaqda idi. Buna görə də əlcəkləri atsam da, onlara çatmayacaqdı. Oraya çıxıb əlcəklərimi elə atdım. Ora gedəndən sonra onlardan ayrıla bilmirdim. Kanadadakı fanlar bizi çox dəstəkləyirlər. Buna görə də onlara hədiyyə vermək istədim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*