F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il keçirilən bütün yarışlardan xalla ayrılıb. İkiqat Dünya Çempionunun ən yüksək nəticəsi isə Avstraliya yarışındakı beşincilik olub.
Fernando Alonso: “Keçənilki Bakı yarışı bizim üçün unudulmaz yarış idi. Dəlisov yarış olmuşdu və mövsümün ilk xallarını almışdıq. Buna görə də bu həftəsonu da bunu təkrarlamağa çalışacağıq. Bakı trası təqvimə yeni girsə də, əsl sürücülərin trasıdır. Təqvimdəki ən sürətli şəhər tipli trasdır və çətin yarışlardandır. Sürücülər və bolid üçün çox çətin olur.
Zəif yönlərimizi və bolidin harasını təkmilləşdirməli olduğumuzu bilirik. Hər yarışa yeni detallar gətirsək də, Bakıda radikal dəyişiklik gözləmirəm. Bolidə hər dəfə oturduqca haqqında yeni şeylər öyrənirik və Azərbaycanda bacardıqca çox xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.