F-1.az xatırladır ki, ispaniyalı sürücü Formula1 karyerasına 2001-ci ildə başlamış və 2005-2006-cı illərdə Dünya Çempionu titulunu qazanmışdı. İkiqat Dünya Çempionu artıq Formula1-dən kənarda başqa işlərlə də məşğul olmaq istəyir. Keçmişdə Deymon Hill və Conni Herbert də karyeraları ərzində yaşadıqları hadisələri avtobioqrafiyalarında yazmışdılar. İndi də Alonso eynisini etməyə hazırlaşır.
Alonso kartinq dövrlərindən İndy500-ə qədər karyerası ərzində yaşadığı hekayələri bu kitabda dərc edəcək və kitab Planeta Group tərəfindən müxtəlif dillərə tərcümə ediləcək. Kitab 2018-ci ilin sonunda işıq üzü görəcək.
Fernando Alonso: “Bu açıqlamanı etdiyim üçün sevincliyəm. Həyatıma dair vacib hadisələri yazmaq gözəl idi. Bunun üçün bəzi fədakarlıqlar etdim”,