F-1.az xəbər verir ki, ikiqat dünya çempionu maşının Avropa yarışları başladıqda ən ideal səviyyəyə çatacağını düşünür: “Hədəfimiz Avropa yarışları başladıqda ən yaxşı şassiyə sahib olmaqdır. Motivasiyamız olduqca yüksəkdir. Problemləri bir anda həll edə biləcəyimiz sehrli çubuğumuz yoxdu. Amma yaxşı yerlər uğrunda mübarizə apara biləcəyimizi hesab edirəm.
Keçən il öndəki komandalarla aramızdakı güc fərqi çox yüksək idi. Aerodinamika sahəsində bəzi yeniliklərimiz var idi. Bu il də var. Keçənilki testlər bizim üçün çox çətin idi. Amma o gündən bəri çox şey öyrənmişik. Yeni güc qurğumuz və dizayn fəlsəfəmiz var. Sadəcə ehtiyacımız olan şey vaxtdır…”
Alonso Mercedes-in güclü göründüyünü də qeyd edib: “Mercedes-in dominantlığı hələ bitməyib. Onlar çox güclüdürlər və istədikləri testləri edirlər. İlk 2 gün ərzində 328 dövrə vurublar. Bu, olduqca ağıllı bir addımdır və bir çox şeyə sahib olduqlarını göstərir.Böyük potensiala malikdirlər və məncə, son 2 ildən daha güclüdürlər”.