F-1.az xəbər verir ki, testlər zamanı komandanın artıq xeyli yürüş məsafəsi olan mühərrikdən istifadə etdiyi bildirilir.
Fernando Alonso: “Əvvəlcə mənə bu mühərriyin nə qədər istifadə olunduğunu və neçə mil getdiyini dediklərində narahat oldum. Alpine-də əldə etdiklərimizlə müqayisədə bu, kifayət qədər böyük rəqəmdir. Amma buna baxmayaraq, mühərrik heyrətamizdir”.
Qeyd edək ki, ötən mövsümün gedişində Fernando Alonso yeni müqavilə ilə bağlı komanda ilə razılaşmadığı üçün Alpini tərk etmək qərarına gəlib. Daha sonra rəsmi olaraq ispan yarışçının Aston Martin-in yeni pilotu olacağı açıqlanıb.