F.Alonso Aston Martin ilə testə çıxıb

Aston Martin komandasının sürücüsü Fernando Alonso 2024-cü il Pirelli təkərlərini test etmək məqsədi ilə Xeresdə trasa çıxıb.

F-1.az bildirir ki, ispaniyalı sürücü ilk dəfə Aston Martin kombinezonu geyinib.

Dünən Xeresdə Mercedes və Aston Martin-in iştirakı ilə xüsusi test başlayıb. Məqsəd Pirelli-nin 2024-cü il təkərlərini test etməkdir. Komandalar bu gün də trasa çıxacaqlar.

Lakin testlərdən əlavə hamı Alonsonun yeni komandasındakı çıxışına görə bu günü maraqla gözləyirdi. O bütün gün ərzində Aston Martin-in 2022-ci il bolidi AMR22-ni sürüb və kamufile dəbilqə dizaynını seçib.

Bu testlər ikiqat Dünya Çempionu üçün dəyərlidir, çünki o ikinci dəfə yeni komandası ilə vaxt keçirib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*