F-1.az xatırladır ki, ispaniyalı sürücü Aston Martin-lə ikiillik müqavilə imzalayıb. Belə çıxır ki, o karyerasını bitirəndə 43 yaşı olacaq.
Fernando Alonso: “Hazırda heç nəyi dəqiqləşdirməmişəm, amma bir gün karyeramı bitirəcəm və 25 illik təcrübəm olacaq. Buna görə də bir komanda üçün faydalı ola bilərəm. Bu komandanın aston Martin olmasını istəyirəm”.