F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa ikinci yerdən başlayıb və o startda Hard təkərləri seçib. Yağışın başladığı dövrələrdə isə pitə gələrək, Medium təkərlərə keçib. Ancaq yağış artandan sonra yenidən pitə gəlib və bu dəfə keçid təkərlərini götürüb. Buna baxmayaraq, o yarışı ikinci yerdə bitirərək, builki 5-ci podiumunu əldə edib. Bu nəticə Alonsonun son 10 ildəki ən yaxşı nəticəsidir.
Fernando Alonso: “Çətin yarış idi. Yarışa Hard təkərlə başlamağı seçdim və bunu edərək, ilk döngədə birinci yer uğrunda mübarizə aparmaqdan imtina etdim. Strategiya ilə trasda daha çox qalmağı hədəfləsək də, Maks Medium təkərlərlə əla işlədi. O, trasda çox qaldı və buna görə qələbə şansımız yox idi.
Daha sonra yağış hər şeyi qarışdırdı və maşını trasda tutmaq asan deyildi. Yağışa görə var qüvvəmlə sürə bilmədim. Beşinci və onuncu döngələrdə əyləcə basanda diqqətli olmalı idim. Buna görə asan deyildi.
Yarışda təhlükəsizlik maşını və hər hansı bir hadisənin olmamasına təəccübləndim. Bu gün hamı maşınını trasda çox yaxşı tutdu”.