F.Alonso: Artıq mən də tras xaricindən ötmə edəcəm

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, bəzi sürücülər ilk dövrədə tras xaricinə çıxaraq yer qazanır və növbəti yarışlarda özü də bu yola əl atacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 14-cü yerdən başlasa da, sonda 10-cu olub və ardıcıl 4-cü yarışda da xal qazanıb.

Fernando Alonso: “Xal aldığımız üçün xoşbəxtəm. Bu xal bolidin performansına baxanda çox kiçik mükafat idi. Amma geridən başladıqdan sonra əla nəticə oldu. Corca görə məyusam, çünki əla həftəsonu keçirmişdi və 10-cu yerə çatanda önümdəki rəqibin başqa adam olmasını istəyərdim. Ancaq bu idman belədir. Təkərlərim daha təzə idi və bolid də yaxşı idarə olunurdu. Yarışın bitməsinə üç dövrə qalmış onu keçdim. Corc isə gələcəkdə podiumlar və yarışlar qazanacaq.

Öz yarışımıza gəldikdə isə mübarizə aparmalı idik. Xal qazanmaq əla hissdir. Hər yarış demək olar xal qazanırıq və sıralanma turunda onluğa düşürük.

Lakin ilk döngədəki hadisələrə görə təəccübləndim. Startda Rikkardo ilə Lekleri keçsəm də, birinci döngədə trasdan çıxdılar və məni yenidən qabaqladılar. Tras xaricindən getmək yaxşıdır, çünki startdakı trafikdən qurtulursunuz. Yəni ki, trafikdə 14 və 15-ci olmaqdansa, 10-cu yeri tutrsunuz. Qəribədir hə? Sonrakı yarışda mən də belə edəcəm. Hər dəfə yeni şey öyrənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*