F.Alonso: “Amerika yarışında əylənmə zonaları çox vacibdir”

Fernando Alonso bildirib ki, Amerika trasında sürmək sürücülərə həzz verir və onlar komanda olaraq yaxşı həftəsonu keçirməyə ümid edirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Yaponiya yarışında xalsız qalmışdı.

Alonso Amerika QP-dən əvvəl açıqlama verib və bildirib ki, hər döngə sürücülər üçün çətinlik yaradır. İspaniyalı əlavə edib ki, əylənmə nöqtələrində yaxşı balansa nail olmaq lazımdır: “Amerika trası sürücülər üçün əyləncəli olsa da, sürücülər üçün çətinliklərlə doludur. Hər sektorda, xüsusən də, hər döngədə fərqli situasiya ilə qarşılaşa bilərsiniz. İlk sektorda diqqətli olmalısınız. İlk döngəyə heç nə görmədən çıxırsınız.

Bütün bu çətinliklərə baxmayaraq, bu trasdan həzz alırıq. Kefiniz olmayanda belə yarışa çıxıb, əhvalınızı yaxşılaşdıra bilərsiniz.

Dediyim kimi əylənmə zonaları çox vacibdir. Bolidi düzgün formada sazlamalıyıq. Ümid edirəm ki, yaxşı nəticələr alarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*