F-1.az xəbər verir ki, daha sonra Sky Sports-a danışan ikiqat dünya çempionu fikirlərini daha geniş izah edib.
Fernando Alonso: “Aston Martin-də son vaxtlar yarışdığım komandalardakından çox fərqli bir atmosfer var. Həmin komandaların keçmiş uğurları olub və hazırkı vəziyyətlə kifayətlənməyə razıdırlar.
Dördüncü yerdə idilərsə, dördüncü yerə sevinirdilər. Beşinci oldularsa, beşinci yerlə kifayətləndilər. Hətta yeddinci yeri xüsusi qeyd etdilər. Biz qalib gələnə qədər Aston Martin-də heç bir bayram olmayacaq. Bu yanaşma çox cəlbedicidir”.