F-1.az xatırladır ki, ispaniyalı sürücü ikiillik fasilədən sonra Alpine ilə idmana qayıdıb və burada iki mövsüm çıxış edib. İkiqat Dünya Çempionu gələn ildən Aston Martin-in şərəfini qoruyacaq.
Fernando Alonso: “Həftəsonu komnada ilə son yarışım olacaq. Enstoun və Viri üçün yarışmaqdan həzz aldım. Tenault ilə xatirələrim var idi və indi Alpine-lə də yarışandan sonra deyə bilərəm ki, onların qəlbimdəki yeri ayrıdır.
2021-ci ilin əvvəlində idmana qayıdanda çəni yaxşı qarşıladılar və özümü yaxşı hiss etdim. Daha sonra bir yerdə yaxşı nəticələr qazandıq. Qətərdəki podium ın qürurlu anım idi.
2022-ci ildəki yeni reqlamentə komanda yaxşı hazırlaşdı və inkişaf etdik. Formula1 karyeram burada sona çatmır. 2023-cü ildə mənim üçün yeni səhifə açılacaq. Alpine-ə uğurlar arzu edirəm”.