F.Alonso Allaha şükür edir

Fernando Alonso 2015-ci ildə McLaren-ə keçdikdən sonra istədiyi nəticələri qazana bilməsə də, düşünür ki, Ferrari komandasından ayrıldıqdan sonra Formula1 karyerasının keyfiyyəti yaxşılaşıb.

F-1.az xatırladır ki, Alonsonun 2015-ci ildə Ferrari-dən ayrılıb McLaren komandasına keçdikdən sonra ən yaxşı nəticəsi 5-cilik olub. İtalyanlar isə bu müddət ərzində 5 yarış qazanaraq bir neçə dəfə podiuma yüksəliblər.

“Qırmızılar” bu mövsüm Sebastyan Fettellə ilk 3 yarışda iki dəfə fərqləniblər. Buna baxmayaraq, Alonso bildirib ki, Maranellodan uzaqda olduğu üçün xoşbəxtdir: “Rusiyada rəqabətədavamlı olmaq istəyirik. Ən azından müqaviləmə baxanda düşünürəm ki, 2015-ci ildə McLaren-ə gəlməklə düz etmişəm. Çox şey öyrəndim. McLaren kimandasında karyeramdakı ən yaxşı mühəndislərdən biri ilə işlədim. Çox şey öyrəndim. Ferrari-də yarış qazana bilməyəndə çox stresli olurduq. İlk 3 mövsüm ərzində problem olmur, amma növbəti mövsümlərdə çox çətin olur. Nəticələr pis olsa da, həyatım daha yaxşı oldu.

Ferrari ilə bu il müqaviləm bitəcəkdi. Ferrari qələbələr qazansa da… Onlar 20 ildən sonra da qələbələr qazanacaqlar. Ümid edirəm ki, onda, – Alonso Ferrari-dən ayrılmaqda düz elədi? – deyə soruşmazlar. Onda 55 yaşım olacaq. Ferrari-də 5 il çıxış etdim. Daha sonra isə qalib gəlməyə başladılar. Mən orda olanda da qalib gəlirdilər və son yarışa qədər çempionluq uğrunda mübarizə aparmışdılar. Son iki ildə isə bur neçə yarış qazandılar və indi də qazanırlar, gələcəkdə də qazanacaqlar. Çempion olacaqlar. Buna görə də Fernandonun orada nə etdiyinin önəmi yoxdur.

2006-cı ildə Renault-dan ayrılanda insanlar mənə, – “oradan ayrılmamalı idin”, – deyirdilər, ancaq daha sonra qalib gələ bilmədilər. Bu gün bir jurnal üzü gördüm. Orada şəklim var idi və altında “məhv olan istedad” yazılmışdı. Karyeramdan razıyam. Həmişə rəqabətədavamlı bolidlərdə yarışdım. Allaha şükür edirəm ki, istədiyim hər şeyə çatdım. Formula1-də podiuma belə yüksələ bilməyən istedadlı sürücülər var. Görək nə olacaq. Hazırda çox xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*