F-1.az xatırladır ki, ispaniyalı sürücü Çində sonuncu sərbəst yürüşlərdə 17-ci yeri tutmuşdu. Amma 35 yaşlı təcrübəli sürücü sıralanma turunda 13-cü olub və son sessiyaya cüzi fərqlə çıxa bilməyib.
Fernando Alonso: “Melburnda olduğu kimi burada da həyatımın ən yaxşı sıralanma turunu keçirdim. Bolidin içində özümü yaxşı hiss edirəm və son həddə qədər sürə bilirəm.
Daha pis nəticə gözləyirdik. Amma son olaraq 13-cü yer Allahdan hədiyyədir.
Sıralanma turunun ikinci sessiyasında mühərriklə bağlı problem oldu. Nə olduğunu anlamadıq. Ümid edirəm ki, yarışdan əvvəl problemi taparıq. Hava yağışlı olsa, arxa düzlüyə çatana qədər 15-ci, ya da 16-cı yerə düşərik. Amma yağışda döngələrdə daha çox riskə gedə bilərik. Onsuz da itirəcək heç nəyimiz yoxdur”.