F.Alonso: 33-cü qələbə bu il çətin gələ

Aston Martin komandasınınn sürücüsü Fernando Alonso bildirib ki, 33-cü qələbə hələ də real görünmür.

F-1.az xatırldır ki, ispaniyalı sürücü keçən il gözlənilmədən Alpine-dən Aston Martin-ə keçmişdi. Lakin belə görünür ki, bu doğru seçimdir. İkiqat Dünya Çempionu ilk 8 yarışda 6 podium qazanıb və hazırda turnir cədvəlində üçüncü yerdədir.

Alonsonun növbəti hədəfi növbəti qələbədir, çünki onun son qələbəsindən artıq 10 il ötür. Lakin hazırda Red Bull çox güclü görünür və onlar bu il bütün yarışlarda qalib gəliblər.

Fernando Alonso: “Monako və Kanadada qələbəyə yaxın idik. Ancaq realist olsaq, deyə bilərəm ki, hələ də fürsətimiz olacaq. 33-cü qələbə məqsədi komanda tərəfindən qəbul olunub. Mümkünsüz olsa da, hər həftəsonu sınayacağıq. Həyatda gördüyüm hər işdə düşüncəm qazanmaqdır. Buna görə iş görürəm.

Əgər tennis ya da futbol oynayıramsa və rəqibimin məni məğlub edəcəyini düşünürəmsə, heç vaxt oynamaram. Avtoidmanda da eyni hal keçərlidir. Mən bu komandaya inanıram.

Qalib gəlməyimiz üçün nə qədər vaxt lazımdır bilmirəm. Amma gələcəkdə bunu bacaracağıq. Sözün açığı, bu il qələbə üçün real şansımın olacağını düşünmürəm. Lakin bəzi yarışlarda qabağımıza fürsət çıxa bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*