F.Alonso 300-cü yarışında yağış istəyir

McLaren komandasının sürücüsü Fernando Alonso növbəti Kanada yarışında yağışlı havaya ümid edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monrealda sonuncu dəfə 2014-cü ildə xal qazanmışdı. İkiqat Dünya Çempionu keçənilki yarışda xal almağa çox yaxın olsa da, son dövrədə mühərrik problemi yaşadığı üçün mübarizəni dayandırmalı olmuşdu. Lakin Alonso bu həftəsonu əfsanəvi Jil Vilnövün adını daşıyan trasda 300-cü Qran Prisinə çıxacaq.

Fernando Alonso: “Monakodakı məyusluqdan sonra Kanada yarışını həyəcanla gözləyirəm. Burada yarışmaqdan həzz alıram. Gözəl trasdır və sürücülər üçün əsl sınaq yeridir. Formula1 tarixi ərzində əksər sürücülər Çempionlar Divarında problem yaşayıblar. Bu da təhlükəsizlik avtomobili ehtimalını artırır.

Burada 2006-cı ildə qalib gəlmişdim və mənim üçün xüsusi gün idi. Lakin bu həftə karyeramdakı 300-cü Qran Priyə çıxacam və buna görə də xüsusi yarış gözləyirəm. Burada yaxşı nəticə almaq üçün drama ehtiyacımız var. Dəyişkən hava şəraiti burada üstünlük qazandırıb. Eyni halın yaşanmasını istəyirəm. Əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik. Ümid edirəm ki, gözəl xallar qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*