F-1.az xatırladır ki, Liberty Media şirkəti Formula1-i satın aldıqdan sonra təqvimdəki yarışların sayını 25-ə qədər artırmaq istəyir.
Fernando Alonso: “Nə planlaşdırdıqlarını görməliyəm. 25 yarışlıq çempionatla bağlı xəbərlər var. Formula1-ə başlayanda bu say 16 idi, indi isə 20-dir. 25 yarış olsa, təqaüdə çıxaram.
Hazırda gələcəklə bağlı heç bir planım yoxdur. Başqa komandaya keçə bilərəm. Bu Mercedesmi olar, başqasımı olar, bilmirəm. Renault hegemonluq edərmi, bilmirəm. İyun ayında bu barədə fikirləşməyə başlayacam. Sadəcə Red Bull-un qapıları bağlıdır, çünki onların gənc sürücüləri ilə uzunmüddətli müqavilələri var”.