F.Alonso 2020-ci ilə qədər F1-də qalacaq?

McLaren Honda komandası Alonsonun müqaviləsini ən azı 2020-ci ilə qədər uzatmaq üçün ispaniyalı ilə danışıqlara başlayıb.

F-1.az xatırladır ki, Alonso 2014-cü ilin sonunda Ferrari-dən ayrılaraq, McLaren-ə transfer olunmuşdu. McLaren keçən ildən bu yana çox inkişaf edib və gələn il yenidən podium uğrunda mübarizə aparmağı hədəfləyir. Alonsonun müqaviləsi 2017-ci ildə bitəcək və bundan sonra təqaüdə çıxmaq istəyir.

Rosberq Alonsonun təqaüdə çıxacağını düşünür: “Onun təqaüdə çıxacağını düşünürəm. O, qalib gəlmək üçün yarışan sürücüdür və arxalarda mübarizə aparmaq onun üçün xoş deyil. Buna əminəm”.

Amma İspaniyanın Marca qəzeti iddia edir ki, McLaren Alonso ilə yeni müqavilə bağlamaq istəyir. İddialara əsasən, Ron Dennis və Yos Kapito Suzukada Alonso ilə danışıqlar aparıblar. Marca iddia edir ki, tərəflər bu barədə uzun müddət danışıblar: “Danışıqlar bir mehmanxanada reallaşdı. McLaren layihəni inkişaf etdirmək üçün Alonso ilə ən azı 2020-ci ilə qədər müqavilə bağlamaq istəyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*