F-1.az xatırladır ki, gələn ildən etibarən Formula1-də daha sürətli və aerodinamika cəhətdən güclü bolidlərin olması planlaşdırılır.
Fernando Alonso jurnalistlərin “F1-in hazırkı vəziyyətini bəyənirsinizmi?” sualını belə cavablandırıb: “Bəli və xeyr. Bu hələ də hamımızın sevdiyi və dünyanın ən yaxşı idman növüdür. Amma artıq çox sürətli deyil. Hazırda biz daha yavaş və inkişaf etmiş bolidlərlə yarışırıq.
Bolidlər 7-8 il əvvəl səkkiz saniyə daha sürətli idi. Hazırkı dövrdə adrenalin və həyəcan da azalıb.
Mən düşünürəm ki, 2017-ci ildə bolidlər daha sürətli olmalıdırlar. Ümid edirəm ki, idman normal vəziyyətə qayıdar və biz yenidən mükəmməl bolidləri idarə edərik”.