F.Alonso: “2017-ci ildə çempionluq mümkündür”

Fernando Alonso inanır ki, McLaren gələn ildən etibarən çempionluq uğrunda mübarizə apara biləcək.

F-1.az xatırladır ki, Fernando Alonson McLaren-lə 3 illik müqaviləsinin 2-ci ilindədir. İspaniyalı gələn il McLaren-in böyük addımlar atacağına inanır.

Əgər McLaren inkişaf etsə, Alonso britaniyalılar ilə daha bir uzunmüddətli müqavilə bağlaya bilər. Amma buna baxmayaraq, Alonso bildirib ki, 2018-ci illə bağlı son qərarını 2017-ci ilin yayında verəcək: “Məncə, gələn il çempionluq mübarizəsi verməyimiz qeyri-mümkün deyil. Kim nə bilir? Qaydaların dəyişməsi bizim kimi orta qrup komandaları üçün əla fürsətdir. Aradakı fərqi bağlamaq üçün yaxşı şansımız var.

İstədiyimiz performansı almaq üçün mühərrik üzərində bir neçə ay işləməliyik. Gələn il işlər fərqli olacaq. Pessimist deyiləm. Bu mübarizənin içində olmayacağımıza inanmıram. Hər şey ola bilər”.

Alonso gələcəkdəki planları barədə də danışıb: “Gələn il müqaviləm bitərkən, qaydalar, təkərlər və Formula1-i yenidən maraqlı etmək üçün edilən performans artımına görə çoxlu dəyişikliklər olacaq. Bu bolidləri sürmək əsəblərimi pozur. Həmişə təmkinli davranırıq və bir şey qoruyuruq. Gələn ildən sonra yayda qərarımı verəcəm”.

Alonso bu həftəsonu keçiriləcək yarış barədə pozitiv düşünür: “Burada dəqiq hədəfimiz yoxdur. Sadəcə əlimizdən gələni edəcəyik. Bu bizim üçün gözəl test olacaq. Barselona və Monakodan sonra gücün ön plana çıxdığı trasda yarışacayıq. Ümid edirəm ki, yenidən xal qazana bilərik və sıralanma turunda üçüncü dəfə ard-arda son seansa qalarıq. Bu cür uğurları davamlı qazanmaq istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*