F.Alonso: “2012-ci il ən yaxşı mövsümüm idi”

McLaren komandasının sürücüsü Alonso bildirib ki, 2012-ci il mövsümü karyerasındakı ən yaxşı mövsüm olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2012-ci ildə son yarışa qədər çempionluq uğrunda mübarizə aparsa da, sonda ikinci olmuşdu. 2014-cü ildə isə bolidinin zəif olmasına baxmayaraq, iki dəfə podiuma yüksələ bilmişdi.

Alonso bu mövsüm də güclü performans göstərərək, McLaren-in Toro Rosso-nu qabaqlamasında önəmli rol oynayıb. 35 yaşlı sürücü bildirib ki, 2016-cı il mövsümü karyerasındakı ən güclü 3-cü mövsüm olub: “2012-ci il karyeramın ən yaxşı mövsümü idi. Ən yaxşı ikinci mövsümüm 2014-cü il idi. 2016-cı ildə də özümü boliddə daha rahat və güvəndə hiss etdim. Bu güvənə görə bolidi çox vaxt limitlərdə sürdüm. Bu il də sürüşüm yüksək standartlarda idi”.

Alonso bildirib ki, bu il Battondan daha yaxşı performans göstərib: “Censon inanılmaz sürücüsür. Amma bu il onu çox vaxt qabaqladım. Üç sıralanma turunda iştirak etmədim və hesab 13-5 mənim xeyrimə oldu. Mühərrik probleminə görə trasa çıxmadığım sıralanma turu sessiyaları da oldu. Yəni ki, fərq daha böyük ola bilərdi”.

Alonso 2015 və 2016-cı illəri də müqayisə edib: “Komandanın inkişafına görə sevincliyəm. Bu il gördüyümüz işlər bəhrəsini verdi. 12 ay əvvəl məyus idik, çünki problemlər çox idi. Amma o məyusluğu sevinc əvəz etdi.

Çempion olmaq üçün önümüzdə uzun illər var, amma keçən ilə nisbətən daha sevincliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*