F-1.az xatırladır ki, McLaren komandası mövsümöncəsi testlərdə pis təsir bağışlamışdı. Buna görə də əksəriyyət düşünürdü ki, britaniyalılar sıralanma turunda sonuncu yeri tutacaqlar. Amma Alonso ikinci sessiyaya qala bilib və 13-cü olub.
Fernando Alonso: “Boliddən maksimumu aldım. Buna görə də sevincliyəm. Amma 13-cü yerə görə bayram edə bilmərik. Həm də etibarlılıq cəhətdən necə olduğumuzu bilmirəm. Hər şey yaxşı görünürdü və 13-cü ola bildik. Əsl gücümüzü bilmək üçün bir neçə yarış gözləməliyik. Mövsüm uzundur.
Barselonada bolidi çox sürə bilmədik və tanımırdıq. İndi bolidi sazlaya bildik və maksimumu aldıq. Buna görə də sevincliyim. Bu mövsümə görə çox məşq etdim. Buraya hamıdan tez gəldim. Hazırda komanda yoldaşımdan 1 saniyə sürətliyəm. Bu həftəsonu maksimumu aldım. Amma 13-cü olmaq məyusedicidir. Artıq heç nə deyə bilmirəm.
Problem deyil. Bir, iki, beş xal qazanmaq və ya xalsız qalmaq fərq etmir. Podiumda olmaq və yarışlar qazanmaq istəyirəm, amma o gücdə deyilik. Sabah əlimizdən gələni edəcəyik, amma xal qazanmaq üçün rəqiblərimiz zəif performans göstərməlidirlər”.