F-1.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabidəki sıralanma turunda 11-ci olub.
Fernando Alonso: “Yarışa istədiyim təkərlə başlayacam və buna görə sevinirəm. Son sessiyaya qalsaydıq belə, ən yaxşı halda 10-cu ola bilərdik. Buna görə də geridə qalıb təzə təkərlərlə başlamaq daha gözəldir. Təzə təkərlər bizə üstünlük qazandıra bilər. Sərbəst yürüşlərdə 7 və ya 8-ci idik, amma rəqiblərimizin sehirli mühərrik rejimləri var və sıralanma turunda bunun hesabına sürətli ola bilirlər”.