Evans mövsümdə ilk poulunu qazanıb

Hindistanın Heydərabad şəhərinin küçələrində elektrik maşınların Formula E çempionatında mövsümün 4-cü yarışı üçün sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, sıralanma turunun qrup mərhələsində gözlənilməz nəticələr qeydə alınıb. Ən əsası, mövsümün ilk yarışlarında dominantlıq edən Porsche motorlu heç bir maşın ilk səkkizliyə düşə bilməyib.

Mövsümün lideri Paskal Verlyayn öz qrupunda 5-ci, mövsümün ikincisi Ceyk Dennis isə öz qrupunda 6-cı olub. Son çempion Stoffel Vandorn isə yenə də qrupda qalıb.

Mövsümün debütantı Maserati komandası bu dəfə hər iki maşınla qrupdan çıxmağı bacarıb.

Pley-off mərhələsinin 1/4 finalında Sebastyen Buemi mövsümün debütantı Saşa Febestrazdan, Mitç Evans isə Maksimilian Günterdən üstün olub.

Digər iki qarşılaşma stüardların finişdən sonra ciddi araşdırmasını tələb edib – belə ki, birinci şikanada trasın hüdudlarını aşan 3 sürücünün nəticəsi ləğv olunub. Ona görə də Jan Erik Vern birbaşa finala vəsiqə qazanıb.

Digər yarımfinalda isə Evans Buemidən sürətli olub.

Finalda Evans və Vern hər döngədə sıx mübarizə nümayiş etdiriblər, gah biri, gah da digəri irəli çıxıb, amma finişdə Jaguar komandasının yenizelandiyalı sürücüsü Mitç Evans cəmi 0.021 saniyə fərqlə mövsümdə ilk poulunu qazanıb.

Heydərəbad şəhərindəki yarış Bakı vaxtı ilə saat 13:33-də başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*