F-1.az xəbər verir ki, Formula1-in rəsmi nümayəndəsinin sözlərinə görə, yarışın ləğv edilməsi ilə bağlı şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur. F1 və FİA təhlükəsizlik protokollarına əməl edir və yarışın promouterləri ilə əməkdaşlıq qaydasında gedir.
Xatırladaq ki, siyasi məsələlərə görə Formula1 yarışının ləğv edilməsi ilə 2011-ci ildə qarşılaşmışıq – həmin il baş tutmalı olan Bəhreyn Qran Prisi təqvimdən çıxarılmışdı və Saxir trası bir il sonra yenidən yarışı qəbul etmişdi.